Rusiya dövləti Finlandiyaya etiraz notası göndərib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya XİN bəyanat yayıb.

XİN-dən verilən məlumata görə, buna səbəb Finlandiyanın Rusiyaya aid 45 mülkə həbs qərarı qoymasıdır: "Məsələ ilə bağlı Finlandiyanın Moskvadakı səfiri Marja Liivalanın nazirliyə çağırılaraq izahat tələb olundu. Eyni zamanda, səfirə etiraz notası təqdim edildi. Rusiya tərəfi Finlandiyadan "Diplomatik Münasibətlər haqqında" 1961-ci il Vyana Konvensiyasının müddəalarını pozan bu qeyri-qanuni qərara tez bir zamanda yenidən baxılmasını tələb edib. Səfirə məlumat verilib ki, əks halda buna görə məsuliyyət daşıyacaqlar. Çünki Rusiya tərəfi də adekvat tədbir görəcək”.

Zülfiyyə Mustafayeva

MİA.AZ