Bu gün İsrail ordusunun Qəzza zolağının şimalına ağır zərbələr endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İsrail ordusu Qəzza zolağının şimalında Beyt Lahiyanın qərbində yerləşən Selatin qəsəbəsində mülki əhalinin toplaşdığı ərazini vurub: "Nəticədə hadisə yerində 8 nəfər həlak olub, 20-dək yaralı var".
Xəbərdə o da deyilir ki, Şeyx Rıdvan rayonunda xəstəxaan ətrafı da bombalanıb: "Burada isə 5 nəfər ölüb, onlarla insan yaralanıb".
Tahir Şəlvəli
MİA.AZ