İsrailin bir ildən çoxdur bombaladığı Qəzza zolağında can itkisi artıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzzada Səhiyyə Nazirliyi son statistik məlumatı açıqlayıb.

Nazirlikdən bildirilib ki, 390 gündür bombalanan Qəzzada son 24 saatda daha 102 nəfər həlak olub, 287 nəfər isə yaralanıb: "Bununla da 7 oktyabr 2023-cü ildən bəri Qəzzada ölənlərin sayı 43163-ə, yaralıların sayı isə 101510-a çatıb".

Tahir Şəlvəli

MİA.AZ