Bakının Nizami rayonunda yerləşən "8-ci km Ticarət Mərkəzi"nin ətrafındakı küçə ticarətinin yığışdırılmasına başlanılıb.
Bununla bağlı sosial şəbəkədə videogörüntülər paylaşılıb.
Mia.az xəbər verir ki, fakt Nizami Rayon İcra Hakimiyyəti tərəfindən Oxu.Az-a təsdiqlənib.
Qeyd olunub ki, bazarın yaxın ətrafındakı mövcud küçə ticarətinin yığışdırılmasına ötən gündən start verilib.
"Ərazidə səliqə-sahmanın bərpa olunması üçün həyata keçirilən işlər çərçivəsində küçə ticarətinin təşkil olunduğu piştaxtalar sökülərək ərazidən yığışdırılır", - deyə məlumatda bildirilir.