İstanbulda CHP-li bələdiyyə sədri həbs olunub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ana müxalifət partiyası CHP-nin üzvü olan Esenyurt rayon Bələdiyyəsinin sədri, professor Ahmet Özer bu gün səhər saatlarında polislər tərəfindən evində saxlanııb.
Məlumata görə, hazırda Özerin evində və bələdiyyə binasında axtarış aparılır: "O, bir müddət əvəvl başlayan bir cinayət işi üzrə saxlanılıb..."
Bəzi iddialara görə, o, terrora dəstək ittihamı ilə tutulub.
Əslən Vandan olan Bələdiyyə sədrinin PKK-ya gizli dəstək verdiyi iddia olunur.
CHP-nin parlamentdəki fraksiyasının üzvü Gökhan Günaydın həbsə belə reaksiya verib: "Esenyurt Bələdiyyə başçımız Ahmet Özer bu gün səhər saatlarında saxlanılaraq polisə aparıldı. Kimin terrorla, kimin iqtidar üçün mübarizə apardığını bilirik. Hökumətlər gəlib gedərdsi, prokurorlar və hakimlər yalnız ədalət və qanunlara bağlı qalmalıdır".
***
İstanbul polisindən bildirilib ki, Özer uzun müddət texnik təqiblə izlənilib:
"Onun rabitə danışıqları, görüş protokolları, bank hesabları və terorr təşkilat rəhbərləri ilə sıx təmasları sənədlərlə təsdqilənib. Üstəlik, onun 10 illik müddət ərzində terror təşkilatı PKK üzvləri ilə çoxlu təmasları olduğu da aşkara çıxaırlkıb. Onun 694 dəfə PKK terrorçuları ilə görüşdüyü, 14 dəfə Kongra-Gel həmsədri Remzi Kartalla əlaqə saxladığı müəyyən edilib...".
Lamiyə
MİA.AZ