İspaniyanın cənub və şərqində ötən gün güclü tufan və daşqın olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 4 nəfər ölüb, çoxlu sayda avtomobili sel suları aparıb, bəzi binaların damları uçub.

Məlumata görə, bölgəyə səfərlər təxirə salınıb.

Bildirilib ki, ölkənin şərqindəki Albasete şəhərinin Letur qəsəbəsində isə itkin düşənlər var.

Letur Bələdiyyə sədri Serxio Marin Sançes deyib ki, üç və ya dörd nəfərin itkin düşmələri barədə onlara məlumat verilib: "Hazırda dəqiqləşmə aparılır".

Xəbərdə o da deyilir ki, Valensiyanın şərqindəki L'Alcudia qəsəbəsində də xeyli insanı sel aparıb: "60-dan çox ölən və itkin düşən var...".

Endülüs bölgəsində isə selə görə içində 276 sərnişin olan sürət qatarı relsdən çıxıb: "Qəzada ölən və yaralanan olmayıb. Axtarış-xilasetmə qrupları onları helikopterlərlə təxliyə edib".

Lamiyə Əhmədli

MİA.AZ