İsrail Parlamentinin (Knesset) BMT Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım İşləri üzrə Agentliyinin (UNRWA) fəaliyyətinin qadağan edilməsi barədə qərarı Yaxın Şərqdə növbəti böhrana yol açıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qanun layihəsini İsrail parlamentində ötən gün təsdiqləməsindən sonra İordaniya Ərəb Liqasını təcili iclasa çağırıb.

Bu barədə İordaniya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, ərəb ölkələrindən İsrail parlamentinin bu qərarını təcili müzakirə etməli və "yol xəritəsi"ni müəyyənləşdirməlidir: "Ərəb Liqası İsrailin qəbuledilməz qərar və qadağalarına mütləq öz vahid mövqeyini göstərməldir".

Xatırladaq ki, israil milyonlarla fələstinliyə humanitar yardım göstərən UNRWA-nı HƏMAS-a gizli dəstəkdə ittiham edir. 

Tahir Şəlvəli

MİA.AZ