"Beynəlxalq aktorlar İsrailin Livan və Fələstinə hücumlarını dərhal dayandırmaq üçün hərkətə keçməlidirlər".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Erakçi Tehranda xarici ölkələrin səfirləri və diplomatik nümayəndələri ilə görüşdə deyib.

O, İsrailin ölkəsinə hücumunı beynəlxalq hüququn kobud şəkildə pozuntusu ilə əalqələndirib: "İsrailin bölgədə törətdiyi soyqırım və hərbi cinayətlər sərhəd tanımır. Sionistlərin təcavüzün dayandırılması üçün kollektiv diplomatik səylər mütləq hala gəlib. Qəzza və Livanda günahsız insanların öldürülməsinin dayandırılmalıdır. Beynəlxalq ictimaiyyət və aktorlar üzərinə düşəni etməlidir. Biz əminik ki, Qəzza və Livandakı hücumlar dayandırılmayana qədər bölgədə sülh olmayacaq. Çox təəssüf ki, yalnız İsrailin maraqlarını düşünən Qərb ölkələri qarşı tərəfi və onun maraqlarını əsla qəbul etmək istəmir. Ancaq bu siyasət iflasa məhkumdur, görəcəksiniz. İsrail artıq beynəlxalq sülh və təhlükəsizliyi təhdid edir".

Dünya ölkələrini İsrailə sanksiyalar tətbiq etməyə çağıran XİN başçısı bildirib ki, BMT Təhlükəsizlik Şurası üzərinə düşən öhdəliyə əməl etməlidir.

Tahir Şəlvəli
MİA.AZ