Ötən ay İsrail ordusu tərəfindən öldürülən "Hizbullah" lideri Həsən Nəsrullahın yerinə seçim olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Hizbullah"ın lideri postuna Nəsrullahın müavini Naim Qasim gətirilib.
Xəbərdə deyilir ki, Nəsrullahın varisi kimi adı hallanmağa başlayan Haşim Seyfəddinin "Hizbullah"ın yeni lideri olacağı gözlənilirdi. Lakin Seyfəddin də İsrailin hücumu nəticəsində həlak olub: "Həsən Nəsrullahın qətlindən sonra "Hizbullah" adından verilən açıqlamalarda kameralar qarşısına keçən ad Şeyx Nəim Qasim qruplaşmanın artıq yeni lideri kimi tapşırıqlar verir".
Məlumata görə, "Hizbullah"ın yeni lideri Naim 1953-cü ilin noyabrında Kfar Filada şiə ailəsində anadan olub. Naim Kasım evlidir və 6 övladı var.
Firidin Səfərli
MİA.AZ