Rusiyada artıq bir çox bölgələrdə məktəblrdə hicab qadağan olunmağa başlayıb.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, artıq Moskvanın 200 km-liyində yerləşən Vladimir vlayətində də bütün məktəblərdə hicab qadağası tətbiq edilir.

Vladimir vilayəti üzrə regional Təhsil idarəsindən bildirilib ki, məktəblər dünyəvi təhsil verən ocaqdır: "Bura kiminsə dini inanc yerini nümayiş etdirməsi üçün məkan deyil. O səbəbdən şagirdlərin təlim-tərbiyyəsi ilə bağlı intizam qaydalarına dəyişiklik edilib və hicab qadağan olunub. Bu, qərar təkcə müsəlmanlara aid deyil. Ümumiyyətlə, heç bir millət dini inancını məktəbdə nümayiş etdirə bilməz. Bu, Rusiya konstitusiya ilə tənzimlənən bir prosesdir və hər bir şagird geyiminə dair “standart tələblər”ə əməl etməlidir".

Xatırladaq ki, Vladimir vilayətinin əhalisinin 99 faizi rusdur. Burada bir faizdən də az müsəlman yaşayır. 

Rusiya mətbuatı yazır ki, müxtəlif regionlarda da hicab qadağası tətbiq olunmağa başlayıb: "Bu, əslində, təhlükəsizliklə əlaqəlidir. Son aylar  bölgələrdə  xristian və yəhudiləri hədəf alan terror aktlarından sonra bu qərar tezləşdirilib..."

Samir Musayev
MİA.AZ