Ana müxalifət partiyası CHP ölkədəki real siyasi durumu öyrənmək üçün sosioloji sorğu keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oktaybrın 1-dən 28-dək keçirilən sorğuda "Sabah seçki keçirilsəydi, kimə səs verərdiniz" sualına 26,6 faiz CHP deyib, 24.9 faiz isə Ərdoğanın lideri olduğu AK Partiyaya etimadını təzələyib.

Sorğuda ortaya çıxan "qərarsız seçicilər"lə "heç bir partiyaya səs verməyəcəm" deyənlərin sayının artması isə siyasiləri düşündürməyə bilməz: "Sorğuda İştirak edənlərin 26,1 faizi qərarsız olduğunu, 10.9 faizi isə səs verməyəcəyini açıq formada dilə gətirib".

Sorğuda digər partiyaların səs faizi isə belə olub:

MHP: 4,8 faiz

DEM Partiyası: 5,8 faiz

Yenidən Rifah Partiyası: 4 faiz

Zəfər Partiyası: 2,7 faiz

İYİ Partiya: yüzdə 1,6

Digər partiyalar: 3,4 faiz

Zülfiyyə Mustafayeva

MİA.AZ