Afrika ölkəsi Çadda hərbçilərə qarşı terror aktı həyata keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə oktyabrın 27-nə keçən gecə Çad gölü əyalətində hərbi bazada baş verib.
Məlumata görə, hərbi obyektə təşkil edilən terror aktı nəticəsində 40-a yaxın Çad əsgəri həyatını itirib, 100-dən çox yaralı var.
Türkiyə XİN baş verən terror aktı ilə bağlı ÇAD hökumətinə başsağlığı verib: "Çad xalqına başsağlığı verir, həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə tezliklə şəfa diləyirik".
Tahir Şəlvəli
MİA.AZ