Livan hökumçəti İsrailin mülki şəxslərə, jurnalistlərə və tibb işçilərinə qarşı hücumları ilə BMT Təhlükəsizlik Şurasına (BMT TŞ) növbəti dəfə şikayət edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, İsrailin Beyrutun Evzai bölgəsi və ölkənin cənubundakı Hasbiya bölgəsində jurnalistləri və media nümayəndələrini hədəf alan, operatorlar Visam Kasım və Gassan Neccarın ölmələrinə, yayım mühəndisi Məhəmmədin ölümünə səbəb olan hücumlar barədə BMT Təhlükəsizlik Şurası məlumatlandırılıb: "İsrailin medianı dəfələrlə hədəf almasını azad jurnalistikanın əsaslarını sarsıtmağa yönələn hücumları təkcə onları susdurmağa deyil, eyni zamanda, müharibə cinayətlərini gizlətməyə xidmət edir. İsail bu  müharibə cinayətlərinə görə məsuliyyət daşıyır və cəzalandırılmalıdır”.

Bəyanatda BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərdən Livanda dərhal atəşkəsə nail olmaq üçün qərar qəbulu tələb edilib.

Firudin Səfərli

MİA.AZ