Qəzzada son 48 saatda daha 96 nəfər ölüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Qəzzada Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, İsrail ordusunun son 48 saatda həyata keçirdiyi hücumlarda 277 nəfər isə yaralanıb: "Bununla da 7 oktyabr 2023-cü ildən Qəzzada ölənlərin sayı 43 min 20-yə, yaralıların sayı isə 101 min 110-a yüksəlib".
Tahir
MİA.AZ