Türkiyənin aparıcı onlayn avtobus və təyyarə bileti satış platforması "Obilet"in payının böyük hissəsi satılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, platformanın əsas səhm payını alan isə Fransanın nəhən turizm şirkətlərindən sayılan "BlaBlaCar"un sahibi "Comuto SA" holdinqi olub.
Məlumata görə, artq ölkənin Rəqabət Şurası alqı-satıqya razılıq verib.
Fürudin Səfərli
MİA.AZ