Türkiyədə müxalifət düşərgəsi son həftələr yenidən növbədənkənar seçkilərlə bağlı çağırışları artırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu nəzərə alan "Asal" Araşdırma Mərkəzi ölkənin 26 şəhərində seçmə üsulla 2 min nəfərin arasında sorğu keçirib.

"Bu bazar günü parlament seçkisi olarsa, hansı partiyaya səs verərsiniz" sualını respondentlər belə cavablandırıb:

1. AK Partiya: 32,5%

2. CHP: 31,7%

3. MHP: 9,0%

4. DEM Partiyası: 8,6%

5. İYİ Partiya: 4,7%

6. Zəfər Partiyası: 4,3%

7. Yenidən Rifah Partiyası: 3,5%

8. Türkiyə İşçi Partiyası: 1,3%

Digərləri: 3.4 %

Fürudin Səfərli

MİA.AZ