Şimali Koreya qonşçu dövləti nüvə silahı ilə təhdid edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu, Şimali Koreyanın Müdafiə Nazirliyinin bu gün yaydığı bəyanatda qeyd edilib.

Şimali Koreyanın Müdafiə Nazirliyi oktyabrın 13-də paytaxt Pxenyan yaxınlığında tapılan PUA ilə bağlı tədiqiqlərinin sona çatdığını və əldə edilən dəqiq məlumatlara əsasən, bu PUA-nin Cənubi Koreya tərəfindən göndərildiyini iddia edib:

"Araşdırmaların yekununa əsasən bəyan edirik ki, PUA Cənubi Koreyanın şimal-qərbində yerləşən Baengnyeongdo adasından havaya qalxaraq oktyabrın 9-da Şimali Koreya Xarici İşlər Nazirliyininı, daha sonra isə Müdafiə Nazirliyinin binası ətrafında uçaraq Pxenyan əleyhinə təbliğat vərəqələri səpib. 13-də isə təkrar uçuş zamanı vurularaq yerə atılıb. Cənubi Koreyaya xəbərdarlıq edirk ki, belə təxribatlara son verilsin. Əks halda ölkənin suverenliyini pozmaları onlara baha başa gələcək. Əgər Şimali Koreyanın suverenliyini bir daha pozarlarsa, onları əbədi olaraq aradan qaldıracağıq".

Samir Musayev

MİA.AZ