Muğlada batmaq üzrə olan qayıqdakı miqrantlar xilas edilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Muğla Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.
Bildirilib ki, Marmaris sahillərində mühərrikində nasazlıq yaranan qayıq batma təhlükəsiylə üzləşib: "Müdaxilə ilə boğulmaq üzrə olan 17 nəfər xilas edilib. Onlardan 9-u uşaqdır. Qayıqda olan daha 41 nəfər də onlarla birlikdə sağ-salamat sahilə çıxarılıb."
Məlumata görə, xilas olunan miqrantlar deport olunmaları üçün Köç idarəsinə təhvil veriliblər.
Lamiyə Əhmədli
MİA.AZ