Gürcüstan Prezidenti Salome Zurabişvili İvanişivilinin partiyası olan “Gürcü arzusu – Demokratik Gürcüstan” Partiyasının qələbəsini tanımayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu sözləri az əvvəl keçirilən brifinqdə deyib.

Prezident bildirib ki, dünınki parlament seçkilərinin nəticlərini tanımır: "Bu gün burada ölkədə qalan yeganə müstəqil qurumun rəhbəri kimi demək istəyirəm ki, mən bu seçkiləri tanımıram. Biz çox qeyri-adi bir şeyin şahidi olduq. Bu, total saxtakarlıq, sizin səslərinizin total oğurlanması, seçkiləri saxtalaşdırmaq üçün bu və ya digər ölkələrdə gördüyümüz bütün vasitələrdən istifadə edilməsi idi. Sabah axşam saat 19.00-da hamınızı Rustaveli prospektinə dəvət edirəm. Gəlin, birlikdə dünyaya bu seçkiləri tanımadığımızı bəyan edək".

Onu da da qeyd edək ki, həbsdə olan sabiq prezident Saakaşvili də xalqı etiraza səsləyib: "Hər kəs kütləvi etirazlara qatılmalıdır. Qorxmayın. Haqqın və demokratiyanın yanında olun!".

Firudin Səfərli

MİAA.Z