"Chery" avtomobillərinin Azərbaycanda rəsmi distribütoru "Efendiler Motors" MMC məhkəməyə verilib.

Məlumata görə, MMC ilə bağlı Nizami Rayon Məhkəməsinə müraciəti vətəndaş Vəliyev Ramiz (ad şərti-red) Zülfiqar oğlu edib.

Mahiyyəti maddi ziyanın ödənilməsi üzrə mübahisə olan iş hakim Ülkər Yusifovanın icraatındadır.

Qeyd edək ki, MMC-nin daxil olduğu "Efendiler Group"a Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğlu Ənvər Ənvər Ənvərlinin rəhbərlik etdiyi bildirilir. 

"Efendiler Group" 1997-ci ildən fəaliyyət göstərən şirkətlər qrupudur. Qrupa avtomobil, tikinti və restoran sahələrində çalışan tanınmış şirkətlər daxildir. Avtomobil sahəsində qrup "Porsche", "Audi", "Geely" və "Chery" kimi avtoistehsalçıların distribütor şirkətləri və "Euro Style" texniki servis mərkəzi, tikinti sektorunda Bakıxanov Rezidens Komplekslər Qrupu, restoran sektorunda isə "Cafe Cayenne" ilə təmsil olunur(Pravda).

MİA.AZ