Bu gün İstanbul Bələdiyəsinin sədri Əkrəm İmamoğlu Ankarada böyük mətbuat konfrası keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onun  nədən İstanbulda deyil, ilk dəfə məhz Ankarada mətbuat konfransı təşkl etməsi böyük maraq doğurub. Təbii ki, mətbuat konfransında verdiyi açıqlamalar da xeyli müddət Türkiyə siyasətində geniş müzakirələrlə davam edəcək.

Əkrəm İmamoğlu da ilk dəfə Ankarada geniş mətbuat konfransı təşkil etməsinin Prezidentliyə namizəd olacağı haqda iddialara yol açmasına "ayaq yeri" qoyub: "Bunun İmamoğlunun Ankaraya isinişməsi kimi yozmaq lazım deyil. Ankaraya ilk dəfə 5 yaşımda gəldim. O gündən Ankarada özümü çox rahat və doğma sayıram. burada dincliyimi tapıram..."

"Prezidentliyə namizəd olacaqsınız?" sualına isə iddialı bələdiyyə sədri "yox" deməyib: "Günü gələndə millətimiz namizədlərinə qərar verəcək. O iş bəzi elitanın istiqamətləndirəcəyi bir iş deyil. Mənim bir partiyam var. Sözsüz ki, Prezidentliyə də, Prezidentə də millət qərar verəcək”.

Zülfiyyə

MİA.AZ