Kazanda keçirilən BRİKS sammitində Rusiya prezidenti Putinə simvolik kağız pul verilməsi və onun rus lider tərəfindən qəsdən "gözə soxulması"  dünyanın "beynini qarışdırıb". 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, həmin əskinasın yaxın illərdə BRİKS ölkələri arasında maliyyə əməliyyatlarda istifadə olunacağı iddia edilməyə başlanıb.

Kremlin sözçüsü Dmitri Peskov bu iddialarla bağlı suala maraqlı cavab verib:

"Bəli, Kazandakı sammit zamanı Putinə simvolik “BRİKS əskinası” verilib. Lakin bu əskinası bizkm Mərkəzi Bankın prezidenti Nabiullina bəyənmədi"

Xatırladaq ki, səhhətindəki problemlərə görə BRİKS sammitinə şəxsən qatıla bilməyən Braziliya prezidenti Luiz İnasio Lula da Silva 23 oktyabrdakı iclasa videoformatda qatılıb. O, BRICS ölkələrinin öz aralarında ödəmə vasitəsi kimi yeni pul vahidnin olmasının vacibliyini qabardıb:

"Bununla bağlı ciddi, ehtiyatlı və texniki əsaslarla müzakirə aparılmalıdır, lakin çox uzatmadan qərar verilməldir".

BRİKS-in daha bir təsisçi üzvü İran prezidenti Məsud Pezeşkiyan da sammitdə ABŞ-ı dollardan silah kimi istifadədə ittiham edib və BRİKS-i dolların gücünü zəiflədəcək və milli valyutaları dövriyyəyə buraxacaq bir təşkilat kimi önə çıxa biləcəyindən danışıb.

Lamiyə Əhmədli

MİA.AZ