İsrail ordusu ötən gecə Qəzza zolağının cənubundakı Xan Yunus şəhərinə ağır zərbələr endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, xarabalığı xatırdan şəhərdə bir neçə ev vurulub.

İlkin məlumata görə, nəticədə 10-u uşaq olmaqla, 28 fələstinli həlak olub: "Azı 40 mülki şəxsi isə ağır yaralanıb".

Xəbərdə o da deyilir ki, İsrail döyüş təyyarələri və artilleriya birləşmələri şəhərin cənubundakı əl-Manara, Maan, əl-Şeyx Nasser, Qiyzan ən-Nəccar məhəllələrini də bombardman edib: "Burada ölən və yaralananların sayı hələlik dəqiqləşməyib. Ancaq artıq yüzlərlə fələstinli ailə Xan Yunisin qərbinə doğru sürətli köç edir".

Tahir Şəlvəli

MİA.AZ