Livanda İsrail hərbçiləri ilə "Hizbullah" qüvvələri arasında üz-üzə döyüşlər qızışır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bugünki döyüşlərin birində İsrailin daha 5 hərbçisii həlak olub.
İsrail ordusu faktı təsdiqləyib və əlavə edib ki, 7 hərbçi də yaralanıb: "Bununla da sentyabrın 30-dan bəri Livanda başlatdığımız quru əməliyyatında həlak olan İsrail əsgərlərinin sayı 24-ə çatıb".
Xatırladaq ki, "Hizbullah" az əvvəl açıqlama yayaraq ölkənin cənubunda yerləşən Ayta əş-Şaab qəsəbəsinə İsrail tankının vurulduğunu elan edib. Qruplaşma bildirib ki, tank və onun ətrafında olan əsgərlərin xeylisi ölüb, yaralılar var.
Tahir Şəlvəli
MİA.AZ