Türkiyədə minimum əmək haqqı qalxır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Fatih Karahanın amerikalı investorlara görüşdə söz açıb.

O, milyonlarla insanın səbirsizliklə gözlədiyi minimum əmək haqqı barədə danışaraq, qeyd edib ki, ölkədə yanvar ayından minimum maaş 25 faiz artırılacaq: "2025-ci ilin yanvar ayından minimum əmək haqqı təxminən 4250 lirə (211 manat) qaldırılacağı gözlənilir. Bununla da ölkədə minimum maaşın 21250 lirə (1054 manat) civarında olması planlanır".

Xatırladaq ki, Türkiyədə hazırda inimum maaş 17002 lirədir (təxminən 844 manat).

Samir Musayev
MİA.AZ