"Hizbullah" qruplaşması Livanın cənubunda İsrailə məxsus bir tankı vurub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə qruplaşma məlumat yayıb.

Bildirilib ki, Ayta əş-Şaab qəsəbəsinə daxil olan İsrail tankı raketlə vurulub: "Nəticədə “Merkava” tankında və ətrafında olan əsgərlərin xeylisi ölüb, yaralılar var".

"Hizbullah" əlavə edib ki, hazırda Ayta əş-Şaab qəsəbəsində İsrail ordusu ilə üz-üzə şiddətli döyüş gedir.

"Hizbullah"ın digər məlumatında isə bildirilir ki, bu gün İsrail əsgərlərinin toplaşdığı bölgələr, o cümlədən hərbi bazalar və Hayfa yaxınlığındakı Zevulun hərbi bazası da raketlərlə hədəfə alınıb. Lakin buradakı itkiləır haqda informasiya verilməyib.

İsrail ordusundna bu açıqlamaya münasibət bildirilməyib.

Tahir Şəlvəli

MİA.AZ