"Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası prosesi sülh müqaviləsinə aparan doğru yoldur".
TASS xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin XVI BRICS Sammitinin “Outreach”/“BRİCS+” formatının geniş tərkibdə iclası zamanı deyib.
"Demarkasiya, sərhədlərin delimitasiyası prosesinin başlamasını qeyd etmək çox xoşdur. Bu, həqiqətən də sülh müqaviləsinə aparan doğru yoldur", - o, Ermənistanın Baş naziri Nikol Paşinyanın çıxışından sonra bildirib.
Qeyd edək ki, N.Paşinyan çıxışı zamanı bildirib ki, Bakı və İrəvan Ermənistanla Azərbaycan arasında delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə qüvvəyə mindikdən sonra sərhədlərin delimitasiyası prosesini aktivləşdirə bilər(Report).