MHP sədri Dövlət Baxçalının 40 mindən çox mülki şəxsin qanına əli batmış PKK lideri Abdullah Öcalanla xitabən "Gəlcin parlametdə çıxış eləsin, terorrun bitdiyini elan eləsin" çağırışı və daha sonra isə onun əfvinin mümkünlüyünə işarəsi Türkiyə siyasətində böyükl "dalğalanma" yaradıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu çıxışdan sonra bir çox partiyalar MHP liderinə "od püskürüb".
İYİ partiya lideri Mustafa Dervişoğlu isə dünən parlamentdə Baxçalıya kəndir fırladıb.
İYİ Partiyası sədrinin müşaviri Sedat Kılınç isə növbəti diqqətşəkən iddialı açqıalma ilə siyasətə yeni "nəfəs" verib.
O, Ocalan və Konstitusiyaya dəyişiklik planından narahat olan 32 deputatın İYİ partiyaya keçmək üzrə olduğunu açıqlayıb: "AK Partiya, CHP və MHP-dən istefa verəcək 32 millət vəkili İYİ Partiyaya keçməyə hazırlaşır. Güman ki, onlar oktyabrın 25-də partiyanın yaranmasının ildönümündə istefa qərarlarını bəyan edərək, sıralarımıza qatılacaq".
Firudin Səfərli
MİA.AZ