İsrail ordusu ötən gün axşamdan Livanı bombalamağa başlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə daha 28 mülki şəxs həyatını itirib.
Livan Səhiyyə Nazirliyindən verilən məlumata görə, bununla da savaş başlayandan bəri Livanda ölənlərin sayı 2574 nəfərə çatıb: "Təəssüf ki, son sutkada 28 nəfər həyatı ilə vidalaşıb, 139 nəfər isə yaralanıb. Yaralıların çoxunun vəziyyəti ağırdır".
Tahir Şəlvəli
MİA.AZ