"Hizbullah" qruplaşması sentyabrın 27-də İsrailin sui-qəsdi ilə öldürülən "Hizbullah" lideri Həsən Nəsrullahın varisi Haşim Safiyuddinin ölümünü, nəhayət, rəsmən təsdiqləyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə qruplaşma rəsmi açıqlama yayıb.
Açıqlamada deyilir: "Safiyəddin sionistlərin qanlı hücumunda həyatını itirib. O, Nəsrullahın qardaşı olaraq, onunla birgə haqq yoluna yollandı..."
Xəbərdə daha sonra Haşim Safiyuddinin tərcümryi-halı verilib.
Xatırladaq ki, İsrail Ordusunun sözçüsü Daniel Hagari dünən verdiyi açıqlamada Safiyuddinin oktyabrın 4-də Beyrutun cənubundakı Dahiye bölgəsinə öldürüldüyünü açıqlamışdı.
Tahir Şəlvəli
MİA.AZ