ABŞ-ın keçmiş prezidenti Donald Trampın prezidentliyi dövründə vəkili olmuş  Nyu-Yorkun keçmiş meri Rudi Giuliani var-dövlətindəb məhrum olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, 2020-ci il prezident seçkilərində Corciya ştatında ana-bala olan iki seçki məntəqəsi üzvünü təhqir etməkdə ittiham olunaraq, Manhettendəki mənzilini, 1980-ci il model klassik "Mercedes" avtomobilini, 26 lüks "Rolex", "Shinola" və "Bulova" saatlarını və şoxsaylı bəzi qiymətli əşyalarını məhkəmə qərarı ilə "itirb".

Məlumata görə, Giuliani 7 gün içində ya bu varidatının olduğu kimi qarşı tərəfə verəcək, ya da onu əvəzləyən pulu ödəyəcək: "Məhkəmə bu məqsədlə Giulianiyə  düşünmək üçün 7 gün vaxt tanıyıb. Çünki məhkəmə hakimləri anlayır ki, bəzi əşyalar cavabdeh üçün dəyərli xatirə sayıla bilər. Lakin bu, iddiaçılara təxminən 150 milyon dollar borcu olan cavabdehin həm dəbdəbəli, həm də borc içində yaşamaq hüququ vermir. O, tzəminatını ödəməlidir"

Xatırladaq ki, 2020-ci il prezident seçkilərində Trampın vəkili olan Giuliani Corciya ştatında vəzifə başında olan Rubi Freeman və qızı Vandrea Arşaye Mossu səslərin hesablanması zamanı Trampa qarşı saxtakarlıqda ittiham edib, onları publika qarşısına təhqir edib. Bundan sonra, daha dəqiqi, 2021-ci ilin dekabrında  ana və qızı  Trampın vəkili Giuliani tərəfindən təhdid olunmalarını əsas gətirərək, şikayət ediblər. Uzun çəkən araşdırmadan sonra 2023-cü ilin dekabr ayında məhkəmə Giulianinin 148 milyon dollar təzminat ödəməsi barədə qərar çıxarıb. Qərara verilmiş apellyasiya şiakyətləri bu günlərdə yekunlaşıb və sənəd qüvvəyə minib.

Lamiyə Əhmədli

MİA.AZ