Sabiq nazir Əli İnsanovun sədri olduğu Haqq Ədalət Partiyasında istefa olub.
Mia.az xəbər verir ki, bu barədə partiya qurucularından olmuş Babək Adıgözəlov sosial media səhifəsində yazıb.
Onun sözlərinə görə, partiyanın İcra Aparatının birinci müavini Aslan Dəmirov istefa verib: "Səbəbi gördükləri və şahidi olduğu haqsızlıqlardır. Daha geniş aciqlamalar olacaqdır".
O, daha sonra belə bir ritorik sual ünvanlayıb: "Haqq Ədalət Partiyasında baş verənlərə səbəbkarlar kimlərdir? Haqq nəzilər, üzülməz!".
Samir Musayev
MİA.AZ