Türkiyənin 1-ci Liqasında çıxış edən "Yeni Malatyaspor" komandasında yenidən baş məşqçi dəyişib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub rəhbərliyi uğursuzluq zolağında çabalayan komandanın sükanı arxasına komandanın keçmiş oyunçusu Adem Büyükü keçirib.

Klubdan verilən məlumata görə, artıq Adem Büyüklə anlaşma əldə olunub: ""Yeni Malatyaspor"un sabiq futbolçusu Adem Büyük komandanın baş məşqçisi təyin edilib. Evinə bir daha xoş gəldin, Adem Büyük". 

Xatırladaq ki, 6 fevral 2023-cü ildə baş verən zəlzələlərdən sonra 2 mövsüm liqadan çəkilən “Yeni Malatyaspor” bu mövsüm də liqadan çəkilmək istəsə də, federasiya buna icazə verməyib. Həm bu, həm də ciddi maliyyə problemlərinə görə arzulanan trannsferlər həyata keçirə bilməyən klub hazırda əksəriyyəti gənclərdən ibarət olan futbolçularla oynamaq məcburiyyətində qalıb.

Onu da qeyd edək ki, komanda indiyədək qalib gələ bilməyib.

Fərid Aslan

MİA.AZ