Bu gün UEFA Çempionlar Liqasının 3-cü turunda "Milan" doğma meydanında "Club Brugge" qarşılaşıb.
Mia.az xəbər verir ki, "Milan" matçda 3:1 hesablı qələbə qazanaraq ilk qələbəsini qazanıb.
34-cü dəqiqədə Pulişiçin qolu ilə hesabda önə keçən "Milan" 51-ci dəqiqədə Sabbenin qoluna mane ola bilməyib.
Lakin 61-ci və 71-ci dəqiqələrdə Reijndersin qolları ilə oyundan 3-1 qalib ayrılıb.
Onu da qeyd edək ki, "Club Brugge"də Onyedika 40-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
4-cü turda “Milan” səfərdə “Real Madrid”lə qarşılaşacaq. "Brügge" isə doğma meydanda "Aston Villa"nı qəbul edəcək.
Fərid Aslanlı
MİA.AZ