Rusiyanın müdafiə naziri Andrey Belousovla Belarusun müdafiə naziri Viktor Hrenin bu gün Minskdə görüşüblər.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, görüşdə əməkdaşlığın daha da dərinləşdirilməsinə qərar verilib.

Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, iclasda çıxış edən Belousov iki ölkənin hərbi müdafiə sahəsində əlaqələrinə toxunub: "Ölkələrimizin hərbi əməkdaşlığını fəal şəkildə gücləndirməyə davam edirik. Bu, Qərbin təzyiqlərinin artıı, sanksiyalarını genişləndirdiyi bir vaxtda xüsusilə vacibdir. NATO Rusiya-Belarus İttifaq dövlətinin sərhədlərində düşməncəsinə hərəkətlər edir. Alyansın koalisiya qüvvələrinin sayını artırır və döyüş hazırlığı və kəşfiyyat fəaliyyətini böyüdür. Əlbəttə, biz bunu sakit qarşılkaya bilmərik"

Rusiya MN başçısı daha sonra iki ölkə sərhədində NATO-nun hücum təlimindən söz açıb: "NATO-nun bu il Soyuq Müharibə dövründən bəri ən böyük hərbi təlimlər təşkil etdiyini unutmamalıyıq. Bu təlimlərdə Rusiya və müttəfiqləri ilə müharibə ssenarilərini öyrənilir. Onlar, əlbəttə, Ukraynada Rusiyaya qarşı savaşır. Bəli, NATO Ukrayna məsələsinə qarışıb. Bu, sözsüz ki, qlobal risklər yaradıb. Çünki Rusiyaya maksimum zərər vurmaq istəyi nüvə güclərinin birbaşa toqquşmasına səbəb ola bilər. Bu təhdidlərə cavab verməmək mümkün deyil. Hərbi-siyasi vəziyyətin dəyişməsi Rusiyanın nüvə sahəsində dövlət siyasətinin əsaslarının aydınlaşdırılması zərurətini ortaya qoydu...".
 
Belousov Belarus və Rusiya arasında hərbi təhlükəsizlik təminatlarına dair razılaşmanın mövcudluğunu xüsusi vurğulayıb: "Belarusla ortaq müdafiə sahəsi yaratmağa davam edirik".

Belarusun müdafiə naziri Hrenin hərbi məsələlərə yanaşmaların Rusiya ilə üst-üstə düşdüyünü qeyd edib: “Buu çətin dövrdə dövlətlərimizin suverenliyini və müstəqilliyini qorumaq üçün əməkdaşlıq səviyyəsini qoruyub saxlamağa və daha da dərinləşdirməyə davam edəcəyik. İki ölkə bir-birini silah və hərbi texnika ilə təmin edir. Rusiya ilə birgə regional bölmələri yeniləyirik. Belarus əsgərləri Rusiyada təlim prosesinə cəlb olunub".

Çıxışlardan sonra Rusiya və Belarus Müdafiə nazirlikləri arasında 2027-ci ilə qədər əməkdaşlıq planı təsdiqlənib. Bu plana əsasən, iki ölkə hərbi müdafiə sahəsində 160 təlimhəyata keçirəcək.

Firudin Səfərli

MİA.AZ