MHP lideri Dövlət Baxçalının PKK lideri Abdullah Öcalanla bağlı gözlənilməz çağırışı ölkədə bir çox siyasilər tərəfindən sərt qarşılanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün Türkiyə Böyük Millət Məclisində (parlament) partiyasının depuatları qarşısında çıxış edən İYİ Partiyasının sədri Müsavat Dərvişoğlu MHP lideri Dövlət Baxçalını "topa tutub".

O, Baxçalının Baş nazirin müavini olarkən Öcalanın həbs edilməsini yada salaraq sonradan onun Ərdoğana ünvanlı "bax, o terrorist başını mən asa bilmədim, sən as",- deyə kəndir atması anını təkralayıb.
  
Bu dəfə İYİ partiya lideri Baxçalıya məclis kürsüsündən kəndır fırladaraq deyib: "Bu böyük millətin xatirələrini məhv etdiniz! Bu böyük millətin gələcəyini öldürdünüz! İndi bu ipi götür, küncdən başının üstündən as. Tayyib Ərdoğanı bir daha prezidentliyə yenidən namizəd etmək üçün xəyanətə əl uzatmağınıza heç vaxt dözə bilmərik. Bura Türkiyə Cümhuriyyətinin qurulduğu yerdir, kimsənin bura xəyanət etməsinə imkan verməyəcəyik."

CHP sədri Özgür Özəli də "ingilis küləyi" sayan və vəziyyətə uyğun mənfət dalıyca qaçmaqda ittiham edən İYİ Partiya lideri deyib: “Cümhuriyyət Xalq Partiyasının sədri günlərdir, həftələrdir havaya uyğun fit çalır. Lənətə gəlmiş iqtidar hərisliyi ilə Dövlət Baxçalıya dəstək verir, əl yüksəltəməyə hazır olduğunu deyir. Türkiyə bir qumar masasıdırmı?! Əxlaqını və vicdanını itirmiş bu iqtidar, ağlını və düşüncəsini itirmiş ortağı, ana müxalifət ortadadır..."

Xatırladaq ki, MHP sədri Dövlət Baxçalı dünən parlamentdə ömürlük həbsdə olan PKK lideri Öcalanın əfvinə yaşıl işıq yandırıb: "Həbs edilib Türkiyəyə gətirilərkən hər cür xidmətə hazır olduğunu deyən terrorçu başı terrorun bitdiyini bəyan etməsi xoş qarşılanmalıdır. Gəlsin Türkiyə Böyük Millət Məclisində silahı yerə qoyduğunu bəyan edib, terrorun tamamən bitdiyini, təşkilatın ləğv edildiyini desin..."

Samir Musayev

MİA.AZ