"Mən və komandam Trampın seçkilər bitməmiş özünü qalib elan etməsinə qarşı hazırlıq görürük".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sensasiyalı bəyanatı ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris "NBC News"a müsahibəsində verib.

O bildirib ki, Donald Trampın noyabrın 5-də seçkinin nəticələriin rəsmən açıqlanmamış txribata yol verərək, özünü prezident elan edəəcəyini indidən gözləyirlər: "Seçkilərə 2 həftə qalıb. Əlbəttə, seçki gecəsi və ondan sonrakı günlərdə baş verənlərlə ciddi məşğul olacağıq.3 Çünki bizdə dəqiq məlumatlkar var ki, Tramp səslər hesablanması ərəfəsində qələbəsini elan etməyə ahzırlaşır. O, hər zaman olduğu kimi, qeyri-ciuddiliyini nümayiş etdirərək, ölkəmizə, oniun seçki prosedurana ləkə gətirməyə cəhd edəəck. Lakin biz onun təxribatı ilə barışmayacağıq. Onun 2020 və 2024-cü illərdəki pozuculuq fəaliyyətlərini təkrartlamağa imkan verilməyək. Bilirsiniz, o, 2020-də prezident seçkilərinin nəticələrini ləğv etməyə, 2021-ci il yanvarın 6-da ABŞ Kapitolisində zorakılığı qızışdırmaqda mühüm rol oynayıb. Bəli, Tramp azad və ədalətli seçkiləri pozmağa çalışır. O, hələ də xalqın iradəsini inkar edən və kütləni ABŞ Kapitoliyasına hücum etməyə təşviq edən bir şəxsdir. Xatırlayırsınız, onun üzündən140 hüquq-mühafizə orqanına hücum edilib, bəziləri öldürülüb. Bu, ciddi və qəbuledilməz haldır".

Amerika xalqının 2 həftə ərzində ölkənin gələcəyi üçün çox əhəmiyyətli bir qərar verəcəyini vurğulaayn Harris bildiirb ki, hər kəs nəticəyə hörmət etməyə borcludur: "Mən amerikalılardan soruşuram: siz Amerikanın bütün dünyada lider kimi güclü olmasını vacib sayan  prezident istəyirsiz, yoxsa, Donald Tramp kimi diktatorlara açıq şəkildə heyran olan birini?!".

Qeyd edək ki, noyabrın 5-də ABŞ-ın yeni prezidenti bəlli olacaq. Artıq bəzi ştatlarda səsvermə başlayıb.

Lamiyə Əhmədli

MİA.AZ