Livanın cənubundakı Sur şəhərində yeni köç dalğası başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu, İsrail ordusunun sözçüsü Avaçi Andrenin sosial media hesabından etdiyii xəbərdarlıqdan sonra baş verib.

Məlumata görə, mətbuat katibi xəritə paylaşaraq Sur şəhərinin böyük bir bölgəsindəki insanlardan evlərini boşaltmağı və Evveli çayının şimalına köçmələrini tələb edib: "Yeni əməliyyat başlayb. Ona görə mülki əhalidən evlərini təcili tərk etmələrini xahiş edirik".

Livanın rəsmi xəbər agentliyi NNA-nin məlumatına əsasən, artıq əhali evlərindən tələsiok qaçmağa başlayıb: "İsrailin amansızlığı səngimir. Təəssüf ki, daha bir şəhərdən böyük köç başlayıb..."

Xəbərdə deyilir ki, İsrailin 30 sentyabrdan bu günə qədər Livanda bir milyondan çox insan qaçqın düşüb.

Firudin Səfərli

MİA.AZ