Diyarbakır Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri və keçmiş millət vəkili, PKK lideri Abdullah Öcalana ən yaxın siyasilərdən olan Gülten Kışanak MHP lideri Dövlət Baxçalının Öcalanla bağlı gözlənilməz çağırışına müsbət yanaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "Ölke" TV-yə müsahibəsində Öcalanın PKK-ya və terror qrupuna qatılanlara müraciətinin mümkünlüyünü bəyan edib: "Biz 29 oktyabrda Türkiyə Cümhuriyyətin elanının ildönümü münasibəti ilə Öcalanın səsini (müraciət) eşidə bilərik”.

O, MHP lideri ilə Ərdoğanın "uzadılan əldən şəxsi mənfəət kimi istifadə etmək gərək deyil" sözlərini yada salaraq, daha sonra deyib: "İcazə verin, mən də uzadılan əli yüksəldim. Oktyabrın 29-nu gözləyək".

Xatırladaq ki, MHP sədri Dövlət Baxçalı dünəın parlamentdə gözlənilməz bəyanatla ölkənin diqqətini öz üzərinə çəkib. O, Türkiyədə ömürlük həbsdə olan və 30 mindən çox insanın qanına əli batmış PKK lideri Öcalana çağırış edib: "Həbs edilib Türkiyəyə gətirilərkən hər cür xidmətə hazır olduğunu deyən terrorçu başı terrorun bitdiyini bəyan etməsi xoş qarşılanmalıdır. Gəlsin Türkiyə Böyük Millət Məclisində DEM sıralarına qatılsın və silahı yerə qoyduğunu bəyan edib, terrorun tamamən bitdiyini, təşkilatın ləğv edildiyini hayqırsın".

MHP lideri daha sonra deyib ki, o, əgər belə mir müraciəti edərsə, əfv də edilə bilər: "Biz hər addımı atmaqda qərarlı və inamlıyıq".

Samir Musayev

MİA.AZ