"McDonald's" satılan burgerləri E.Coli (bağırsaqlarda vakteriya - Mia.az) bakteriyası yaradır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu fakt ABŞ da öz təsdiqini tapıb.
Məlumata görə, artıq ABŞ-da McDonald's burgerlərinə görə E.Coli bakteriyasına yoluxan xeyli insan xəstəxanaya müraciət edib.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzindən (CDC) verilən məlumata görə, indiyədək 49 belə fakt aşkarlanıb: "Ən çox yoluxma ölkənin qərb və mərkəzi ştatlarda müşahidə edilib. İndiyədək 10 nəfər xəstəxanaya yerləşdirilib, onlardan biri isə ölüb və bir nəfər ölüb".
Xəbərdə o da deyilir ki, "McDonald's" epidemiyanın mənbəyini müəyyən etmək üçün səhiyyə qurumlarının bütün tələblərinə "boyun əyib": "Restoranlar şəbəkəsi bəzi ştatlarda bu burgerlərİ menyüdən çıxarıb".
Məlumata görə, ABŞ səhiyyəsi hazırda bakteriyann mənbəyini araşdırır.
Xatırlaadq ki, E.Coli bakteriyası insan və heyvanların bağırsaqlarında yuva quran bakteriya qrupudur: "Bəzi hallarda bu bakteriyalar ciddi sağlamlıq problemləri yarada bilir. İnfeksiyanın simptomlarına şiddətli və qanlı ishal, qarın krampları, qusma və qızdırma daxildir. Simptomlar bakteriyalara məruz qaldıqdan bir neçə gün sonra görünür...".
Onu da qeyd edək ki, oxşar hadisə əvvəllər də baş verib. 2022-ci ildə Alabama ştatında altı uşaq E.Coli bakteriyasına "nugget" yedikdən sonra tutulub. Həmin vaxt restorana baxış keçirən müfəttişlər əllərin yuyulmaması, əlcəkdən istifadə olunmaması kimi qanun pozuntuları aşkarlayıblar.
Lamiyə Əhmədli
MİA.AZ