Sudanda son iki gündə ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında toqquşma yenidən şiddətlənib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hökumət qevvələri ilə qarşı duran Çevik Dəstək Qüvvələri arasında döyüşdə ümumilkidə 46 nəfər ölüb, 42 nəfər isə yaralanıb.

Xartum Dövlət Səhiyyə Nazirliyi Omdurman şəhərinə artilleriya hücumu nəticəsində 1 qızın öldüyünü, 17 mülki vətəndaşın da yaralandığını açıqlayıb.

Açıqlamada hücuma görə, HDK-nın məsuliyyət daşıdığı qeyd edilib.

Xatırladaq ki, Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında qarşıdurmalar 18 aydır davam edir.

Zülfiyyə Mustafayeva

MİA.AZ