Ukrayna əhalisi 2014-cü ildən bəri təqribən 10 milyon nəfər azalıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fondunun (UNFPA) Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Florens Bauer açıqlayıb.
Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında 2022-ci ilin fevral ayından bəri davam edən müharibə Ukraynaya demoqrafik vəziyyətə şçox böyük təsir göstərib: "Ancaq açıq demək gərəkdfir ki, Ukrayna bu müharibədən əvvəl də demoqrafik problemlərlə üzləşmişdi. Ukrayna hazırda Avropada ən aşağı doğum nisbətinə malik ölkə statusundadır, bir çox insanın müxtəlif səbəblərdən ölkəni tərk edib. Ölkədə əmək qabiliyyətini itirənlərin sayı da artıb. Ukrayna əhalisi 2014-cü ildən bəri təxminən 10 milyon nəfər azalıb. Bunun təxminən 8 milyonu Rusiya ilə müharibədən sonra ölkəni tərk edənlərin payına düşür. belə davam edərsə, insan kapitalı Ukraynanın bərpası və gələcəyi üçün ümhüm əhəmiyyət kıəsb edəcək".
Lamiyə Əhmədli
MİA.AZ