Avropa Parlamenti (AP) Avropa İttifaqının (Aİ) Ukraynaya 35 milyard avro borc verməsi və borcun Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına geri qaytarılması həyata keçirilməsi ilə bağlı qərarını təsdiqləyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qərar bu gün AP Baş Assambleyasının Strasburqda keçirilən sessiyasında müzakirə edilib.
Məlumata görə, Avropa Parlamentinin deputatları 56 “xeyr” səsinə qarşı 518 “hə” səsi ilə Aİ-nin Ukraynaya 35 milyard avro kredit ayırmasını və Rusiyanın dondurulmuş aktivlərindən gələcək gəlirlərin ödənilməsində istifadəsi təsdiqlənib.
Qərar yaxın gülərdə icraya yönləndiriləcək.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Qərb ölkələri Rusiyanın 300 milyard dollara yaxın aktivlərini dondurub. Bu məbləğin təxminən 200 milyard dolları Aİ ölkələrinin payına düşür.
Lamiyə Əhmədli
MİA.AZ