"PKK lideri Abdullah Öcalan Türkiyə Böyük Millət Məclisində DEM kürsüsünə qatılsın".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sensasiyalı bəyanatı MHP lideri Dövlət Baxçalı partiyasının deputat fraksiyasının qarşısında etdiyi çıxışda deyib.
O, daha sonra Öcalanın həbsdən buraxıla biləcəyini, mandat sahibi ola biləcəyinə işarə vuurb: “Gəlsin, Türkiyə Böyük Millət Məclisində DEM kürsüsünə qatılsın, silahını yerə qoyduğunu bəyan etsin, terrorun tamamilə bitdiyini və təşkilatın ləğv edildiyini hayqırsın".
MHP lideri böyük Türkiyə dövlətinin hədəfləri istiqamətində hər addımı atmağa hazırdırlar: "Biz bu yöndə qərarlı və inanclıyıq".
Firudin Səfərli
MİA.AZ