İranın xarici işlər naziri Abbas Erakçi Küveytdə diqqətçəkən bəyanat verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, həmin ölkədə küveytli həmkarı ilə birgə mətbuat konfansında İsraildən gözlənilən hücum və bölgədə ehtima oluan böyük savaşla bağlı sualları cavablandırıb.
XİN başçısı bəyan edib ki, əgər İsaildən ölkəsinə hər hansı hücum olarsa, düşünmədən dərhal adekvat cavab veriləcək: "Bir daha deyirik, bəyan edirik, ölkəmizə ən kiçik hücum dərhal və daha sərt cavab cavablandırılacaq".
XİN rəhbəri əlavə edib ki, İrana qonşu olan ölkələr öz torpaqlarının İrana qarşı istifadəsinə icazə verməyəcəklərinə barədə rəsmi Tehrana zəmanət veriblər: "Qonşularımız bizə qarantiya verib ki, torpaqlarından bizə qarşı istifadəyə əsla icazə verməyəcəklər".
Nazir əlavə edib ki, Küveyt bölgədə səfər etdiyi 11-ci ölkədir: "Bu ölkələrin hamısında bölgədə gərginliyin sona çatması mövzusunda fikir birliyi var.Əgər bölgə ölkələrin birgə səy göstərərsə, müharibənin böyüməsinin qarşısını ala bilərik. Bununla belə, yenə İranın düşmənlərinə xatırladıram ki, biz hər cür ssenariyə hazırıq. Halbuki, biz bölgədə müharibə istəmirik. İsrail isə bölgədə müharibəni genişləndirməyə çalışır, biz birgə səylərlə bu fəlakətin qarşısını almalıyıq".
Samir MUSAYEV
MİA.AZ