Avstraliya səfərdə olan İngiltərə kralı III Çarlz parlamentdə senatorlardan birinin "Sən işğalçısan, sən mənim kralım ola bilməzsən, qanlı əlinizi torpağımızdan çəkin" gözlənilməz etirazından sonra bu dəfə Sidney Opera Teatrında oxşar vəziyyətlə üzləşib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, həyat yoldaşı Kraliça ilə Sidney Opera Teatrını ziyarəti zamanı aborigen etirazçı Vayn Varton adlı şəxs kral və kraliçanı görmək istəyən izdihamın qarşısında dayanaraq monarxiya əleyhinə şüarlar səsləndirib. O, daha sonra Çarlza üzünü tutaraq "O oğruların kralıdır, yalançıların kralıdır". Əllərinizdə işğalın qanı var. Siz oğru millətisiniz" deyib.
Kralın müdafiəçiləri isə "Allah Kralı qorusun" şüarı səsləndiriblər.
bu zaman polis yaxınıaşaraq Vaynı həbs edib.
XatırladAq ki, ötən gün də Avstraliyanın aborigen əsilli senatoru Lidiya Torp Kral Çarlzın parlamentdəki çıxışına "Bura sənin torpağın deyil. Sən mənim kralım deyilsən. Xalqımıza qarşı soyqırım etdiniz. Torpaqlarımızı geri verin. Bizdən oğurladıqlarınızı bizə verin. Torpaqlarımızı məhv etdiniz. Biz bu ölkədə razılaşma istəyirik. Siz soyqırımçısınız" deyə, Kralı pərt edib.
Zülfiyyə
MİA.AZ