Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsinə nəzarət üçün yeni qaydanın müəyyənləşməsi təsdiqlənib.
Mia.az xəbər verir ki, bununla bağlı “Siyasi partiyalar haqqında” qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, kənar dövlət maliyyə nəzarəti obyektlərinin siyahısı genişləndirilir. Belə ki, siyasi partiyalar kənar dövlət maliyyə nəzarətinin obyektləri sırasına daxil edilir.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.