ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harris rəqibi Trampı qeyri-ciddi adam sayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Kamala Harris Viskonsin ştatında verdiyi açıqlamada ABŞ-ın keçmiş prezidenti Trampın yenidən  prezident olmasının ölkəı üçün ağır nəticələri olacağını iddia edib: "Əmin  ola bilərsiniz ki, bu halda, bunun ölkə üçün son dərəcə ciddi nəticəsi olacaq. Qaldı onun Ukrayna ilə bağlı iddialarına, bilin, əgər Donald Tramp prezident olsaydı, Vladimir Putin indi Kiyevdə oturardı. O adam qeyri-ciddi və heyran olduğu və güclü gördüyü insanları sevindirməkdən zövq alır. O, hətta pandemiya dövründə şəxsi istifadəsi üçün Putinə gizli şəkildə Covid-19 testləri göndərən adamdır. Putinə vurğun olan birindən siz ABŞ üçün yaxşı nə gözləyə bilərsiniz?"

Trampın "Rusiya-Ukrayna müharibəsini bir gündə həll edəcəyi" iddiasına toxunan Harris deyib ki, o, Kiyevi təslimiyyətə zorlaya biləcəyini düşünür:  "Amerikalılar olaraq ABŞ prezidenti postundakı adamın bir məsələni təslim olmaq yolu ilə həll etmək niyyətini düşünmək belə çətindir"

Noyabrın 5-də keçiriləcək prezident seçkilərini bütün dünyanın izlədiyini deyən Harris əlavə edib ki, müttəfiq ölkələr prosesi narahatlıqla izləyr.

Zülfiyyə

MİA.AZ