"İsrail 18 gündür mühasirədə saxladığı Cibaliya qaçqın düşərgəsinə təcili giriş tələbimizi 4 gündür rədd edir".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu bəyanatı BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisinin (OCHA) rəsmisi Farhan Haq yayıb.
O, Cibaliyada 18 gündür fəlakət yaşandığına diqqəti çəkib: "18 gündür ora mühasirədə saxlanılır. 300 minə yaxın insan aclıq, susuzluqla sınağa çəkilib. 4 gündür düşərgəyə təcili yardım giirşi ilə bağlı tələbimiz İsrail tərəfindən rədd olunur. Təəssüf ki, Cibaliya Qaçqınlar Düşərgəsindəki nümayəndələrimizlə də əlaqə kəsilib. İsrail onlarla əlaqələrimizə imkan vermir. Telefon cihazları sıradan çıxarılıb".
Haq bildirib ki, BMT Qəzzanın şimalı üçün 18 gün içində 23 dəfə humanitar yardım missiyasını yola çıxarmağa cəhd ediblər: "Ancaq imkan verilməyib. Ümumiyyətlə, oktyabr ayında 66 dəfə Qəzzaya yardım göndərmək istəsək də, İsrail bunun cəmi 4-nə imkan yaradıb".
Tahir Şəlvəli
MİA.AZ