"İsrail Qəzzanın şimalına humanitar yardım göndərilməsin imkan vermir".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım İşləri üzrə Agentliyinin (UNRWA) baş komissarı Philippe Lazzarini deyib.
O bildirib ki, artıq 17 gündür dağıntılar arasında qalan minlərlə fələstinlia clıqlar əlləşir: "İsrail ordusunun fasiləsiz əməliyyat apardığı bu bölgəyə hər hansı çyardıma icazə verilmir. Qəzzanın şimalındakı fələstinlilər ac, sussuz və dərnabsız mühasirədə saxlanılır. Bölgədəki xəstəxanalar, məktəblər İsrailin hücumlarının hədəfidir. Hər yan qaranlığa qərq olub".
İsrailin hücumlarını intensivləşdirməsi səbəbiylə UNRWA-nın sığınacaq mərkəzlərində sıxlığa diqqət çəkən Lazzarininin sözlərinə görə, sığınacaq mərkəzlərində sıxılıq o həddə çatıb ki, insanlar ayaqyolunda qalmağa beıə razıdırlar.
Tahir Şəlvəli
MİA.AZ